Masallı Regional Məsləhət Mərkəzi
 
 

 
Monitorinq və qiymətləndirmə

 

Özəl məsləhətçilərin fəaliyyəti ildə 2 dəfə yarımilliyin nəticələrinə əsasən konkret göstəricilər üzrə işçi heyəti tərəfindən monitorinq edilir və qiymətləndirilir. Bu zaman təlimdə iştirak edənlərin yazılı qaydada rəyi soruşulur və torpaq mülkiyyəçiləri arasında sorğu keçirilir. Özəl Məsləhətçilərin fəaliyyəti ilə fermer təsərrüfatlarında, o cümlədən 

təsərrüfat başçılarının bilik və qabiliyyətində baş verən keyfiyyət dəyişiklikləri də müqayisəli formada nəzərdən keçirilir. Özəl Məsləhətçilərə ödənilən xidmət haqqı keyfiyyətin təhlili ilə əldə olunan nəticələrlə şərtləndirilir. Ona görə də Özəl Məsləhətçilərlə bağlanılan müqavilələr nəticə əsaslıdır və xidmət haqqı mərhələlərlə ödənilir.

Monitorinq zamanı həm də Özəl Məsləhətçilər və bütövlükdə RMM


üzrə fəaliyyətlərə dair fiziki göstəricilər və maliyyə göstəriciləri də hesablanır və qiymətləndirilir.

 

 




Masallı Regional Məsləhət Mərkəzin ÖM-nin 2009-cu ilin IV rüb fəaliyyətinin qiymətləndirilməsi